Dubaydakı yanğında Azərbaycan vətəndaşları xəsarət alıb?

Dubaydakı yanğında Azərbaycan vətəndaşları xəsarət alıb?
  01 Yanvar 2016    Oxunub:2259
İlkin məlumata əsasən, Dubayda baş vermiş yanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə AzVision.az-a XİN-nin mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti