Dünya əhalisi 7,3 milyarda çatdı

Dünya əhalisi 7,3 milyarda çatdı
  02 Yanvar 2016    Oxunub:2287
Yanvarın 1-i 2016-cı il üçün Yer kürəsinin əhalisi 7,3 milyard nəfər təşkil edib. İl ərzində dünya əhalisi 1,08% artıb.
Bu barədə ABŞ-ın Əhalini Siyahıyaalma Bürosu məlumat yayıb.

Məlumatda bildirilir ki, 2016-cı il yanvarın 1-i üçün Yerdə 7 milyard 295 milyon 889 min 256 nəfər yaşayır. İlin əvvəli ilə müqayisədə artım 78 milyon, yəni 1,08% təşkil edib.

Büro bütün qitələr üzrə ölkələrin əhali sayını da açıqlayıb. Eyni tarixə ABŞ əhalisinin sayı 322 milyon 762 min nəfər olub. İllik artım 2,47 milyon nəfər və ya 0,77% təşkil edib.

Dünyanın ən çox əhalisi olan ölkəsi Çindir – 1,367 milyard. Onun ardınca Hindistan gəlir – 1,252 milyard. Rusiya 9-cu yerdədir – 142,423 milyon nəfər.


Teqlər:





Xəbər lenti