Kim Çen In dostunun ölümünə görə ağladı

Kim Çen In dostunun ölümünə görə ağladı
  02 Yanvar 2016    Oxunub:7539
Şimali Koreya lideri Kim Çen Inın dostu ölüb.
AzVision.az baku.ws-ə istinadən xəbər verir ki, Şimali Koreya liderinin ən yaxın dostu kimi tanınan İşçi Partiyasının katibi 73 yaşındakı Kim Yang-gon, yol qəzasında həyatını itirib.

Şimali Koreya İşçi Partiyası katibi və ölkənin Cənubi Koreya ilə müzakirələrində məsul şəxs olan Birləşmiş Cəbhə Şöbəsi direktoru Kim Yang-gon, dünən səhər 06.15 radələrində keçirdiyi yol qəzasında dünyasını dəyişib.

Kim Yang-gon üçün təşkil edilən cənazə mərasimində Şimali Koreya lideri Kim Çen In göz yaşlarına hakim ola bilməyib.



Teqlər:  





Xəbər lenti