Təbrizdə 6 nəfər edam edildi

Təbrizdə 6 nəfər edam edildi
  02 Yanvar 2016    Oxunub:3485
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi, Təbrizdə narkotik maddələrinin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş 6 nəfər edam edilib.
AzVision.az xəbər verir ki, edam edilənlərdən 3-ü marağalı, 3-ü isə təbrizlidir.
Ölümə məhkum edilmiş müttəhimlər, Əmir Əhmədi, Cahangir Səidi, Cavad Rəhnəma, Rza Məhəmmədpur, Cavad Qarabaği və Hüseyn Həsənzadə dekabrın 31-i sübh saatlarında Təbrizin mərkəzi zindanında dar ağacından asılıb.

Edam edilənlər arasında marağalı müttəhimlər ölüm hökmünün icrasına qədər 4 il həbsdə yatıb.

Xatırladaq ki, İran İslam Respublikası həyata keçirdiyi edamların sayına görə dünyada ikinci yeri tutur. Birinci yer Çinə məxsusdur. Son aylarda İranda edamların sayının kəskin artması həm məhbus ailələrinin, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.


Teqlər:





Xəbər lenti