Türkiyədə antiterror əməliyyatı: 261 PKK-çı öldürüldü

Türkiyədə antiterror əməliyyatı: 261 PKK-çı öldürüldü
  02 Yanvar 2016    Oxunub:2341
Türkiyənin üç bölgəsində keçirilən antiterror əməliyyatları nəticəsində bu günədək 261 PKK terrorçusu öldürülüb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Təkcə Şırnakın Cizre rayonunda öldürülən terrorçuların sayı 179-a çatıb. Son əməliyyatlar zamanı 3 silahlı zərərsizləşdirilib, 3 təşkilat mənsubu sağ ələ keçirilib.

Silopidə aparılan əməliyyatlarda 5 terrorçu zərərsizləşdirilib, məhv edilən terrorçuların ümumi sayı isə 27 olub.

Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, ümumilikdə 55 PKK silahlısı öldürülüb.


Teqlər:





Xəbər lenti