Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi darmadağın edildi - FOTOLAR

Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi darmadağın edildi - FOTOLAR
  03 Yanvar 2016    Oxunub:3298
Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

Məlumata əsasən həmin səhnələrin əks olunduğu fotoşəkillər ərəb mətbuatında yer alıb.

İran polisi etirazçıları səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub. Lakin bir çox etirazçı hələ də binanın qarşısında etiraz aksiyasını davam etdirir.

“Əl Ərəbiyə” telekanalının məlumatına görə, binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb. Məlumata görə, etirazçılar Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.

Məlumata görə, iranlı etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna da hücum ediblər. Etirazçılar burada da binaya od vurmağa cəhd ediblər, nəticədə bir neçə otağın yandığı bildirilir.

Paytaxt Tehranda da nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum ediblər. etirazçılar səfirliyin binası tərədə “Molotov kokteylləri” atıblar.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb. (APA)

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti