Türk hakerlər nazirin “Instagram” səhifəsini dağıtılar - FOTO

Türk hakerlər nazirin “Instagram” səhifəsini dağıtılar - FOTO
  03 Yanvar 2016    Oxunub:2715
Türk hakerlər Rusiya rabitə naziri Nikolay Nikiforovun “Instagram” səhifəsini dağıdıblar.
Bu barədə AzVision.az “TASS”a istinadən xəbər verir.

Məlumata əsasən nazirin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda hesabın “Börteçine Siber Tim” türk haker qrupu tərəfindən qırıldığı qeyd edilir.

Səhifədə, həmçinin, Türkiyə bayrağı və təyyarəsinin əks olunduğu, ingilis və türkcə imzalanmış bir neçə fotoşəkillər yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti