Londonda 500-dən çox insan xilas edilib

Londonda 500-dən çox insan xilas edilib
  03 Yanvar 2016    Oxunub:1551
Londonun cənubunda yerləşən Penc rayonunda qaz sızması səbəbindən 500 nəfər sakin təxliyə edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, təxliyə edilən insanlar dörd qəbul mərkəzində yerləşdirilib.

Hadisə yerinə xeyli sayda təcili yardım maşını və həkim cəlb olunub.

Xəsarət alanlar haqqında məlumat verilməyib. Təxliyə edilmiş bəzi sakinlərə bu gün səhər
evlərinə qayıtmağa icazə verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti