İran edam edilən şeyxin adını əbədiləşdirəcək

İran edam edilən şeyxin adını əbədiləşdirəcək
  03 Yanvar 2016    Oxunub:2602
Tehran administrasiyası Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin yerləşdiyi Nilufər küçəsinin adını dəyişdirmək barədə qərar qəbul edib.
Həmin küçə Səudiyyə hakimiyyəti tərəfindən edam edilmiş şiə din xadimi Nimr ən-Nimrin şərəfinə adlandırılacaq.

Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi aralarında “Əl-Qaidə”nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edildiyini bəyan edib. Həmin şəxslər terrorçuluqda və ona təhrik etməkdə ittiham olunublar.

Buna etiraz edənlər Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum ediblər.


Teqlər:  





Xəbər lenti