Rusiyada faciə: 4 uşaq yanaraq öldü

Rusiyada faciə: 4 uşaq yanaraq öldü
  03 Yanvar 2016    Oxunub:2279
Rusiyada dördü uşaq olmaqla beş nəfər yanaraq ölüb.
AzVision.az xəbər verir ki, hadisə Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində qeydə alınıb. Belə ki, iki mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının qarşısı alınsa da evdə olanların həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti