Səudiyyə İranla diplomatik əlaqələrini kəsdi

Səudiyyə İranla diplomatik əlaqələrini kəsdi
  04 Yanvar 2016    Oxunub:1701
Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib.

AzVision.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub. Məlumata əsasən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr İranla diplomatik münasibətlərin dayandırıldığını elan edib.

Nazir İranla diplomatik əlaqələrin dayandırıldığı bildirib. Eyni zamanda Səudiyyə Ərəbistanındakı iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Eyni zamanda Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinə hücumdan sonra diplomatlarını İrandan təxliyə etməyə başlayıb. Qeyd olunur ki, diplomatlar artıq Dubaya yola salınır. İlkin məlumatlara görə, təqribən 50 əməkdaş təxliyə olunub.


Teqlər:  





Xəbər lenti