Hindistanda güclü zəlzələ olub

Hindistanda güclü zəlzələ olub
  04 Yanvar 2016    Oxunub:1596
Hindistanda zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yeraltı təkanların episentrinin yerləşdiyi Manipur ştatına ciddi ziyan dəyib. Ştatın inzibati mərkəzi sayılan İmpxal şəhəri də ziyan çəkib. Orada elektrik naqilləri sıradan çıxıb, telefon rabitəsi kəsilib, onlarla ev dağılıb.

Baş verən zəlzələ həmçinin Myanma və Banqladeşdə hiss olununub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 6,9 bal, ABŞ Geoloji Xidmətinin xəbərinə əsasən isə, 6,8 bal olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti