İsveç Danimarka ilə sərhədini bağladı

İsveç Danimarka ilə sərhədini bağladı
  04 Yanvar 2016    Oxunub:1782
İsveç bu gündən etibarən Danimarka ilə sərhəddə yerləşən Eresunn körpüsündə sərhəd nəzarətini bərpa edəcək.
AzVision.az xəbər verir ki, hər iki dövlətin Şengen zonasına daxil olmasına baxmayaraq, boğazı keçən bütün qatar, avtobus və gəmi sərnişinlərinin pasportları və vizaları yoxlanılacaq.

İsveç bu yolla Norveç ərazisindən keçməklə ölkəyə gələn qeyri-leqal miqrant axınının qarşısını almaq niyyətindədir.

Qeyd edək ki, İsveç 2015-ci ildə Suriya, İraq və Əfqanıstandan 160 mindən çox qaçqın qəbul edib.


Teqlər:





Xəbər lenti