Yerlisini güllələyən erməni intihar etdi

Yerlisini güllələyən erməni intihar etdi
  04 Yanvar 2016    Oxunub:1876
ABŞ-ın Ontario şəhərində 71 yaşlı Karapet Kalacyan həmyerliləri - 60 yaşlı Misak Minasyan və 59 yaşlı Ripsime Minasyanı odlu silahla qətlə yetirib.
Bu barədə AzVision.az-ın “news.am”a istinadən xəbər verir.

Hadisə ilə bağlı Los Anceles polisinin verdiyi açıqlamaya görə, insident Ontario şəhərindəki qəbiristanlıqda, Minasyanlar yaxınlarının məzarını ziyarət edərkən baş verib.

Məlumata görə, minasyanları güllələyən Kalacyan daha sonra intihar edib.

Qətlin motivləri hələlik bəlli deyil. Polis istintaqa yardım üçün yerli sakinlərə müraciət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti