Sudan da İran səfirini ölkədən qovdu
“Sudan Respublikası İran səfirini arzuolunmaz şəxs (persona non qrata) elan edib və diplomatik nümayəndəliyin bütün işçilərindən ölkə ərazisini tərk etməyi tələb edib. Bundan əlavə, ölkənin İrandakı səfirinin geri çağırılmasın dair qərar qəbul edilib.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn də İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etməsi üçün 48 saat vaxt qoyub.
Eldar Tanrıverdiyev
AzVision.az