İlham Əliyev Sarkisyanla Minskdə görüşə bilər

İlham Əliyev Sarkisyanla Minskdə görüşə bilər
  04 Yanvar 2016    Oxunub:3491
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib.

Səfirin sözlərinə görə, Qarabağ kimi münaqişələri `qaynar` yox, `soyuq` formada həll etmək üçün danışıqlar lazımdır: “Məhz ATƏT-in Minsk qrupunun hədəfi də budur. Əminəm ki, danışıqlar başlayan zaman tərəflərin bir-birilərini anlaması üçün zəmin yaranır. Əgər biz bir-birimizi anlayırıqsa, onda əlavə elementlər meydana çıxır. Mən əminəm ki, bu doğru olan yeganə yoldur. “Qaynar” mərhələyə keçilmədən danışıqlar”.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-da İsveçrənin paytaxtı Berndə görüşüblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti