Benitez qovuldu - `Real`a Zidan rəhbərlik edəcək

Benitez qovuldu - `Real`a Zidan rəhbərlik edəcək
  04 Yanvar 2016    Oxunub:2588
Madrid “Real”ının baş məşqçisi Rafael Benitez klubdan kənarlaşdırılıb.
Bu barədə AzVision.az İspaniyanın `Marca` qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, bu gün günorta saatında klubun prezidenti Florentino Perez İdarə Heyətinin təcili toplantısını keçirib. Görüş zamanı klub idarəçiləri baş məşqçi Benitezlə yolları ayırmaq barədə qərar qəbul ediblər.

İspan qəzeti yazır ki, Benitezi baş məşqçi postunda klubun sabiq futbolçusu Zinəddin Zidan əvəzləyəcək.

Xatırladaq ki, Rafael Benitez 7 ay əvvəl kluba baş məşqçi gətirilmişdi. Onun rəhbərliyi altında `Real` klubu ötən gün keçirdiyi sonuncu oyunda, səfərdə `Valensiya` ilə 2-2 hesabı ilə bərabərə qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti