ABŞ ordusunda intihar halları iki dəfə artıb

ABŞ ordusunda intihar halları iki dəfə artıb
  05 Yanvar 2016    Oxunub:2014
ABŞ ordusunda intihar hallarının sayı iki dəfə artıb. Bu göstərici hesablanan zaman ehtiyatda olan hərbçilər, həmçinin müharibə veteranların da sui-qəsd halları nəzərə alınıb.

AzVision.az `Sputnik`ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 2014-cü ilin yayından 2015-ci ilin analoji dövrünə qədər ABŞ Hərbi Dəniz qüvvələrində intihar halları 1-dən 8-ə, quru qoşunlarında isə 16-dan 30-a yüksəlib.

2015-ci ilin üçüncü rübündə isə hazırda orduda xidmət aparan əsgərlər arasında 72, ehtiyatda olan hərbçilər arasında isə 70 hal sui-qəsd halı qeyd alınıb.

Bundan əlavə, nəşr ABŞ-da hərbçi veteranlar arasında özünə qəsd hallarının yüksək olduğunu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti