`İrana qarşı sanksiyalıları nəzərdən keçiririk` – Ağ Ev

`İrana qarşı sanksiyalıları nəzərdən keçiririk` – Ağ Ev
  05 Yanvar 2016    Oxunub:2061
Ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı bəzi sanksiyaları tətbiq etməyi nəzərdən keçiririk.
AzVision.az xairici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kibri mətbuat konfransında bildirib.

"Sanksiyaların tətbiq edilməsindən öncə həll olunası bəzi detallar var. Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışıqları zamanı bu problemi gündəliyə gətirir", - bildirən Kibri məsələ ilə bağlı detalları açıqlamaqdan imtina edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyinin ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı sanksiyaların tətbiq edəcəyinə dair məlumat yayılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti