Ruhani Səudiyyə Ərəbistanı cinayətkar adlandırdı

Ruhani Səudiyyə Ərəbistanı cinayətkar adlandırdı
  05 Yanvar 2016    Oxunub:2082
İran prezidenti Həsən Ruhani bəyan edib ki, Səudiyyə Ərəbistanı Tehranla diplomatik əlaqələri kəsməklə öz `cinayətini` - şiə din xadimi Nimr ən-Nimrin edam edilməsini gizlədə bilməz.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsməklə öz cinayətini – dini liderin öldürülməsini gizlədə bilməz”, - deyə Ruhani qeyd edib.

Qeyd edək ki, şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunması İranda kütləvi iğtişaşlara səbəb olub. Bundan sonra iranlılar Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik nümayəndəliklərinə hücum edilib.

Dadisədən dərhal sonra Səudiyyə Ərəbistan, Bəhreyn, Sudan və Küveyt İranla diplomatik münasibətləri kəsdiyini bəyan ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti