Obama silah satışına nəzarəti gücləndirdi

Obama silah satışına nəzarəti gücləndirdi
  05 Yanvar 2016    Oxunub:1209
ABŞ Prezidenti Barak Obama Federal Təhqiqatlar Bürosunun başçısı və ədliyyə naziri ilə görüşdən sonra konqresin etirazına baxmayaraq, silah dövriyyəsinə nəzarəti gücləndirmək qərarına gəlib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

AzVision.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni plana əsasən, bütün silah tacirləri müvafiq lisenziyaya malik olmalı və öz alıcılarını yoxlamalıdır. Bundan başqa, Federal Təhqiqatlar Bürosu silah satışını yoxlamaq üçün öz sıralarına 200 yeni əməkdaş cəlb edəcək.

Barak Obamanın sözlərinə görə, bu məsələdə konqresin səsverməsi olmadan da keçinə bilər. Prezident silah dövriyyəsində yoxlamaların mümkün qətllərin qarşısını tam almasa da, kiminsə həyatını xilas edəcəyinə əminliyini bildirib.

Xatırladaq ki, azad surətdə silah gəzdirmə hüququ ABŞ vətəndaşlarına konstitusiyanın 2-ci düzəlişi ilə verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti