Miqrant faciəsi: 20 cəsəd sahildən tapıldı

Miqrant faciəsi: 20 cəsəd sahildən tapıldı
  05 Yanvar 2016    Oxunub:2334
Türkiyədə Jandarma Egey dənizinin sahillərindən 20 mühacirin meyitini tapıb.
AzVision.az xəbər verir ki, Yunanıstanın Lesbos adasına getmək istəyən miqrantların qayığı aşıb. Meyitlər iki müxtəlif yerdə aşkarlanıb.



13 cəsəd Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10 nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib. Ölənlərdən çoxu uşaqdır.



Qeyd olunub ki, mühacirlərin sayı 40 olub. Sağ qalanların axtarışı üçün 3 qayıq və helikopter göndərilib.


Teqlər:





Xəbər lenti