23 min insan təbii fəlakət qurbanı olub
Sığorta şirkətinin hesablamalarına görə, ötən il təbii fəlakətlər dünya üzrə insanlara 90 milyard ABŞ dolları həcmində zərər vurub (2014-cü ildə isə 110 milyard dollar). Dəymiş zərərin təxminən üçdəbir hissəsi (27 milyard ABŞ dolları) sığortlanmış əmlak olub.
Hesabatda göstərilir ki, 2014-cü illə müqayisədə ötən il maliyyə baxımından sığorta şirkətləri üçün nisbətən sakit keçib, lakin ölüm hallarının sayı yüksək olub. (Azərtac)
Teqlər: