Obama ağladı – VİDEO

Obama ağladı – VİDEO
  06 Yanvar 2016    Oxunub:3244
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ABŞ-da silah satışına nəzarət mexanizmlərinin gücləndirilməsinə dair nitq söyləyərkən ağlayıb.
AzVision.az xəbər verir ki, onun çıxışını əks etdirən kadrlar Ağ evin rəsmi saytında yerləşdirilib.

Ölkədə ictimai yerlərdə törədilən atışmalar nəticəsində Santa-Barbara tələbə şəhərciyi, Çarlston kilsəsində, Yuta və Kolumbiyada və s. ölənlərin xatırlanması Obamanın emosianal reaksiyasına səbəb olub.

“Hər dəfə həmin uşaqlar haqqında düşünəndə özümdən çıxıram. Yeri gəlmişkən, bu vəziyyət Çikaqo küçələrində hər gün baş verir. Beləliklə, bizim hər birimiz Konqresin silah lobbisinə qarşı çıxmaq üçün cəsarət sahibi olmağa ehtiyac duyuruq. Ayağa qalxıb vətəndaşları qorumalıyıq”, - ABŞ prezidenti bəyan edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti