Miqrantlar qadınlara hücum etdi – Almaniyada ara qarışdı
Hadisə ilə bağlı məlumatı hadisələrdən beş gün sonra yanvarın beşində şəhər polisinin rəhbəri Volfqanq Albers səsləndirib. Onun sözlərinə görə, 15 qadın seksual təcavüzə məruz qalıb. Bundan əlavə, miqrantlar qadınları qarət ediblər.
Albers qeyd edib ki, hücumlar Köln kilsəsi ərazisində baş verib, miqrantların əksəriyyəti içkili olub.
Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb.
Almaniya kansleri artıq baş verən insidentə reaksiya verərək hadisə ilə bağlı araşdırmaların aparılmasını və günahkarların cəzalandırılmasını tələb edib. Köln meri Henritta Reker isə miqrantların tərəfini tutub. Onun sözlərinə görə, miqrantların ünvanına olan şübhələr əsassızdır.
Eldar Tanrıverdiyev
AzVision.az