Neft 35 dollar oldu – 12 illik Anti-rekord

Neft 35 dollar oldu – 12 illik Anti-rekord
  06 Yanvar 2016    Oxunub:2605
Dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması davam edir.
AzVision.az`TASS`-a istinadən xəbər verir ki, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin fevral ayına olan fyuçersinin dəyəri 1,5% azalaraq 35,87 dollara düşüb.

Neft qiymətlərinin kəskin aşağı salmasına səbəb Səudiyyə Ərəbistanının fevral ayı üçün Avropaya neftin satış qiymətini aşağı salması olub. Şirkət ərəb yüngül neftinin Avropaya satış qiymətini yanvar ayına görə 0,60 dollar salaraq BWAVE -4,85 dollar/barel (orta ölçülmüş qiymət) olaraq müəyyənləşdirib.

`Aramco`şirkəti ərəb yüngül neftinin Asiyaya satışı üçün rəsmi qiymətini Umman/dubai neftinin orta hesabla qiyməti 0,80 dollar/bareldən aşağı olaraq müəyyən edib. Asiyaya satış qiyməti isə yanvar ayı üçün 60 sent/barel yüksəlib.

Ərəb yüngül neftinin ABŞ-a satış qiyməti isə ASCI + 0,15 dollar/barel olaraq sabit qalıb.

Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 35 dollar 12 il əvvəl olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti