Artur Rasizadə Yatsenyukla razılığa gəldi

Artur Rasizadə Yatsenyukla razılığa gəldi
  07 Yanvar 2016    Oxunub:1843
Ukraynanın baş naziri Arseniy Yatsenyuk dekabrın 6-da qazaxıstanlı və azərbaycanlı həmkarları ilə telefon danışığı aparıb.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

“Ukrayna və Qazaxıstan hökumətlərinin rəhbərləri mövcud problemin həllinə hazır olduqlarını nümayiş etdiriblər və dərhal səmərəli və əlverişli tranzitin təmin edilməsi üçün milli səlahiyyətli idarələrə danışıqları operativ şəkildə başa çatdırmaq tapşırığı veriblər”, - məlumatda bildirilir.

Yatsenyuk Azərbaycanın baş naziri ilə də tranzit probleminin həlli yolları ilə bağlı prinsipial razılaşma əldə edib. Tərəflər hər iki dövlətin milli səlahiyyətli nümayəndələrinin qısa müddət ərzində lazımi texniki qərarların razılaşdırılması üçün bir araya gələcəyi barədə razılığa gəliblər. (oxu.az)


Teqlər:  





Xəbər lenti