Keçmiş nazir hakim partiyadan qovulur

Keçmiş nazir hakim partiyadan qovulur
  07 Yanvar 2016    Oxunub:2286
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyadan xaric edilmək üçün Nizam-İntizam Qurumuna təqdim edilən 4 partiya üzvünün adını açıqlayıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında Ədalət və İnkişaf Partiyasının qurucu üzvlərindən sabiq xarici işlər naziri Yaşar Yakışın da olduğu siyahıda Adana Ceyhan Bələdiyyə sədri Ələmdar Öztürk, Ankara Ayaş Bələdiyyə sədri Bulent Taşan, Kahramanmaraş Əlbistan Bələdiyyə sədri Durmuş Kiçiyin adları var.

Ömər Çeliyin sözlərinə görə, Yaşar Yakış qeyri-qanuni yayımlanan mətbuat orqanlarına reallıqdan kənar, böhtan, təhqir, alçaltma kimi açıqlamalar və bəyanatlar verərək partiya əleyhinə fəaliyyət aparıb.

Siyahıdakı digər partiya üzvlərindən Ələmdar Öztürk həyat yoldaşına bələdiyyə sədri müavini vəzifəsi verməklə partiyanın nizamnaməsinə zidd fəaliyyətdə, Durmuş Kiçik seçki proqramına qəsdən qatılmayaraq partiyaya zərər vurmaqda, Bülent Taşan isə ümumilikdə AKP-yə zidd fəaliyyətdə günahlandırılır.


Teqlər:





Xəbər lenti