`Obama edamın qarşısını ala bilərdi` - Şiə liderin qardaşı

`Obama edamın qarşısını ala bilərdi` - Şiə liderin qardaşı
  07 Yanvar 2016    Oxunub:2720
ABŞ prezidenti Barak Obama kral Salmanla dostluq əlaqələrindən istifadə edərək qardaşımın edamının qarşısını ala bilərdi.
AzVision.az xəbər verir ki, bunu `haberturk`-ə müsahibəsi zamanı Səudiyyə Ərəbistanında edam olunan şiə din xadimi Nimr əl-Nimrin qardaşı, biznesmen Məhəmməd əl-Nimr bildirib.

Biznesmenin sözlərinə görə, qardaşı edam olunana qədər ABŞ prezidenti və kral Abdulla ilə görüşüb: `Lakin Obama Administrasiyası uğurla nəticələnmə ehtimalının az olmasını bilə-bilə məsələni diplomatik yolla həll etməyə çalışdı. Onlar bu məsələyə insani yox, diplomatik prinsipdən baxmağa qərar verdilər`.

Məhəmməd əl- Nimr müsahibəsində vurğulayıb ki, onun ailəsi Səudiyyə Ərəbistanında əhalisinin əksəriyyətinin şiələr olduğu Hatif şəhərində böyük nüfuza malikdir: `Biz yerli əhalinin müharibə ilə nəticələnə biləcək addımlarına mane oluruq. Əhalini sakitləşdirməyə çalışırıq`.

Qeyd edək ki, şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunması İranda kütləvi iğtişaşlara səbəb olub. Bundan sonra iranlılar Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik nümayəndəliklərinə hücum edilib.

Hadisədən dərhal sonra Səudiyyə Ərəbistan, Bəhreyn, Sudan və Küveyt İranla diplomatik münasibətləri kəsdiyini bəyan ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti