Türkiyədə stadiona `Azərbaycan Arena` adı verilə bilər

Türkiyədə stadiona `Azərbaycan Arena` adı verilə bilər
  07 Yanvar 2016    Oxunub:3254
Türkiyənin `Bursaspor` klubunun yeni stadionuna `Azərbaycan Arena` adı verilə bilər.
AzVision.az `Sporx`-ə istinadən xəbər verir ki, bu barədə klubun prezidentliyinə namizədlərdən biri Timur Noyan bildirib.

Onun sözlərinə görə, o ötən ilin may ayında Azərbaycanda məsələ ilə bağlı danışıqlar aparıb. Danışıqlar zamanı müəyyən məbləğ müzakirə olundu və Azərbaycan tərəfi sonda yekun məbləği artıracağına dair söz verib.

Xatırladaq ki, `Bursaspor`un yeni stadionu 21 dekabr 2015-ci ildə istifadəyə verilib. O 45 min tamaşaçı tutumuna malikdir. `Bursaspor` Türkiyə Super Liqasında çıxış edir. Carı çempionatda klub 14-cü pilləni tutur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti