İranlılar Həcc ziyarətinə getməyəcək - Qadağa
AzVision.az xəbər verir ki, İran hakimiyyətinin bu gün keçirdiyi təcili iclasda iranlı zəvvarlarının Səudiyyə Ərəbistanına səfərini gələcək xüsusi sərəncama qədər qadağan etmək qərarı alınıb.
İranın Nazirlər kabineti eyni zamanda Səudiyyə istehsalı olan malların, Səudiyyə Ərəbistanından keçərək İrana, o cümlədən də İranın azad iqtisadi zonalarına idxalını da qadağan edib.
AzVision.az