Daha bir ölkə İranda diplomatik əlaqəni kəsdi

Daha bir ölkə İranda diplomatik əlaqəni kəsdi
  08 Yanvar 2016    Oxunub:2262
Somali hökuməti Tehran-Ər-Riyad münaqişəsi fonunda İranla diplomatik münasibətləri dayandırıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Somali XİN- İrandakı səfirini geri çağıraraq, ölkədəki iranlı diplomatlara Yəməni tərk etmələri üçün 72 saat vaxt verib.

Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.


Teqlər:





Xəbər lenti