Suriya erməniləri kütləvi şəkildə Ermənistanı tərk edir – Nazir

Suriya erməniləri kütləvi şəkildə Ermənistanı tərk edir – Nazir
  08 Yanvar 2016    Oxunub:4045
Suriya erməniləri daha yaxşı həyat üçün Ermənistanı tərk edir.
AzVision.az xəbər verir ki, bu barədə `News.am`-a müsahibəsində Ermənistanın diaspora naziri Hranuş Akopyan bildirib.

Nazir qeyd edib ki, Ermənistana ümumilikdə 17 min Suriya ermənisi gəlib: "5 il əvvəl başlayaraq Suriyadan erməni qaçqınlar Ermənistana gəlməyə başlayıblar. Lakin onların çoxu ticarətlə məşğul olmaq üçün Livana gedir. Ermənistanda yoxsulluq və işsizliyin olması həqiqətdir. Ermənilər Suriyada yaxşı şərtlərlə yaşayırdılar, varlı idilər. Bura gələndən sonra isə bir müddət turist kimi gəzdilər, fikirləşirdilər ki, bir-iki aya geri qayıdacaqlar, olmadı. Bu müddətdə isə İsveç və Kanada kimi ölkələr aktiv tərpəndi. Çünki onlarda ucuz işçi qüvvəsinə ehtiyac vardı. Yerlərdə olan erməni diasporu da onlar üçün çıxış yolları tapır. Ona görə də suriyalı erməni qaçqınların bir hissəsi Ermənistandan getməyi üstün tutdu. Təxminən 3 min Suriya ermənisi Ermənistanı tərk edib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti