İŞİD-çi öz anasını edam etdi

İŞİD-çi öz anasını edam etdi
  08 Yanvar 2016    Oxunub:13012
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarından biri Rakka şəhərində öz anasını edam edib.
AzVision.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları üzrə Monitorinq Şurasının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, hadisə 40 yaşlı qadının öz oğluna İŞİD-ın sıralarını tərk etməsi və Rakkadan qaçmasına dair tövsiyəsindən sonra baş verib. Belə ki, gənc anasının dediklərini qruplaşmanın yerli rəhbərliyinə çatdırıb və qadın dərhal saxlanılıb.

Daha sonra oğul anasını şəhər meydanında, onun işlədiyi poçt şöbəsinin qarşısında edam edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti