Obamanın itini oğurlamaq istədilər

Obamanın itini oğurlamaq istədilər
  10 Yanvar 2016    Oxunub:2254
Vaşinqtonda prezident Obamanın iki itindən biri, Bonu oğurlamaq istəyən səbatsız kişi saxlanılıb. Xüsusi orqanlar cinayətkarı Vaşinqton otellərindən birində saxlayıb.
Oxu.Az-ın Rosbalt-a istinadən verdiyi xəbərə görə, Şimali Dakotadan olan saxlanılmış 49 yaşlı Skott Stokertin avtomobilində soyuq və odlu silah arsenalı: ov tüfəngi, tüfəng, 350-dən artıq patron, həmçinin polis dəyənəyi və maçete – aşkarlanıb.

Saxlanılandan sonra Stokert bildirib ki, onun adı İsa Məsihidir, valideynləri isə amerikanın gözəl qadını Merilin Manro və ABŞ-ın 35-ci prezidenti Con Kenedidir.

Hüquq-mühafizə orqanlarının Stoukerin psixikası ilə hər şeyin qaydasında olmaması haqqında ehtimalları onun özünün Amerika prezidentliyinə namizədliyini irəli sürmək istəməsi bəyanatı ilə təsdiqlənib.


Teqlər:





Xəbər lenti