Trampın mitinqində qalmaqal - Hicablı qadın qovuldu (VİDEO)
Donald Trampın çıxışı zamanı üzərində “Mən sülhlə gəlmişəm” yazısı olan geyimli hicablı qadın Trampın suriyalı qaçqınlar barəsində səsləndirdiyi ifadələrə etiraz əlaməti olaraq yerindən qəfil qalxaraq səssiz etiraz edib.
Qadının heç bir söz demədiyi qeyd olunur.
Mitinq iştirakçıları fitə basılan qadın ərazidən polis tərəfindən uzaqlaşdırılıb.
Qeyd edək ki, olay Donald Trampın Cənubi Karolina ştatının Rok-Hill şəhərində təşkil olunan seçkiqabağı mitinqində baş verib.