32 PKK üzvü məhv edildi, 2 nəfər şəhid oldu

32 PKK üzvü məhv edildi, 2 nəfər şəhid oldu
  11 Yanvar 2016    Oxunub:2358
Türkiyənin hüquq-mühafizə orqanları ölkənin cənub-şərqində əməliyyat zamanı ən azı 32 kürd yaraqlısını məhv etdiyini bəyan edib.
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları ilə toqquşmalar dünən İraq və Suriya ilə sərhəddə, həmçinin şənbə günündən bazar gününə keçən gecə Van şəhəri ətrafında baş verib.

Əməliyyat zamanı 1 polis əməkdaşı öldürülüb, daha iki nəfər yaralanıb, Türkiyə təhlükəsizlik qüvvələrinin nümayəndələrinin bəyanatında bildirilir.

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda isə PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.

Terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti