Azərbaycan - Rusiya sərhədində izdiham
Samur gömrük postunun rəis müavini Cavid Nadirovun sayta verdiyi məlumata görə, keçid buraxılış məntəqəsində yaranan sıxlıqa səbəb Gürcüstan sərhəddindəki postda baş vermiş qar uçqunudur.
Buna görə, o istiqamətdə olan bütün nəqliyyat vasitələri və vətəndaşlar Samur postuna üz tutublar. Bu səbəbdən Samur gömrük postunda insan sıxlığı müşahidə olunur.
Cavid Nadirovun sözlərinə görə, yaxın saatlarda bütün sıxlıq tamamilə aradan qaldırılacaq. (Ans)
Teqlər: