Almaniya Qarabağın həllinə kömək edəcək

Almaniya Qarabağın həllinə kömək edəcək
  11 Yanvar 2016    Oxunub:3398
“Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq”.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib.

O qeyd edib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq: “Almaniya sədrliyi “dondurulmuş” adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq”.

Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət ayıracağını qeyd edib: “Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq” .
Xatırladaq ki, yanvarın 1-dən ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsi bir il müddətinə Almaniyaya keçib. Bu vəzifəni Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer icra edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti