`Erməni soyqırımı` olmayıb - Rusiya patriarxı
Bu barədə bütün Rusiyanın patriarxı Kirill “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Xristian və müsəlmanlar arasında münasibətlər heç də həmişə hamar olmayıb, zorakı islamlaşdırma, xristian ərazilərin işğalı kimi hallar yaşanıb. Lakin itkilərlə qeydə alınan hərbi əməliyyatları nəzərə almasaq, bu gün müşahidə olunan hallar heç vaxt baş verməyib”, - patriarx bildirib.
O, Osmanlı imperiyasını misal gətirib: “Məsələn, türk imperiyasını, Osmanlını götürək. Orada xristian azlıqlar olub, lakin onları heç kim məhv etməyib, çünki dini icmalar arasında münasibətlərin bir nizamı olub”, - o deyib.
Qeyd edək ki, Rusiya Dövlət Duması 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyıb.
AzVision.az