Səfirlikdən Zəlimxan Yaqubun vəfatı ilə bağlı başsağlığı

Səfirlikdən Zəlimxan Yaqubun vəfatı ilə bağlı başsağlığı
  11 Yanvar 2016    Oxunub:2075
Türkiyənin Azərbaycandakı səfirliyi xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.
Bu barədə AzVision.az-a səfirlikdən bildirilib. “Azərbaycanın yetişdirdiyi məşhur xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini eşitdik. Ona Allahdan rəhmət, ailəsinə, sevənlərinə və Azərbaycan xalqına başsağlığı diləyirik”, - deyə başsağlığı mesajında qeyd olunur.

Xatırladaq ki, yanvarın 9-da Azərbaycan xalq şairi Zəlimxan Yaqub dünyasının dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti