2016-cı il niyə `Multikulturalizm ili` elan edildi?

2016-cı il niyə `Multikulturalizm ili` elan edildi?
  11 Yanvar 2016    Oxunub:2824
Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir, cəmiyyətimizin sosial mədəni münasibətlər sisteminin daxili təbbi tələbatının aparıcı komponentlerinden biridir: “Bu keyfiyyət multikulturalizmi cəmiyyətimizin birgəyaşayış ənənəsi kimi müəyyən edir. Multikultural dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır. Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çox komponentli və mozaik daxili mikrostruktura malik olub. Bu cür zəngin mədəni keçmiş isə müasir cəmiyyətimizin əsas multikultural və tolerant keyfiyyətlərini müəyyən edir. Bu isə kütləvi sosial təfəkkürun və sosial fəlsəfənin Azərbaycan modelini yaradır”.

Deputat qeyd edib ki, multikulturalizimin Azərbaycan modeli hazırda dövlət tərəfindən dəstəklənir və qlobal mədəni sistemə milli dəyərlərimizin aparıcı komponentlərində biri kimi təqdim edilir.



“Bu, qüruverici bir hadisədir. Ona görə də Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etdi. Etnik və dini dəyərlərin toqquşma və qarşıdurma vasitəsinə çevrildiyi bir vaxtda bu, əslində Prezidentimizin dünyaya bir mesajı, bir çağırışı kimi başa düşülməlidir”, -deyə millət vəkili vurğulayıb.

H. Babaoğlu qeyd edib ki, hal-hazırda etnik, dini və mədəni, hətta məhzəb fərqliliyinə görə insanlar biri-birilərini öldürürlər: “Azərbaycanda isə bu fərqliliklər ölkəmizin milli sərvəti kimi qəbul edilir və birgəyaşayış qaydalarını müəyyən edir. Hesab edirik ki, doğurdan da bu məsələdə Şərq və elə Avropanın özü də Azərbaycandan cox şey öyrənə bilər. Ona görə də Azərbaycanın multikultural modeli dünyaya yaxşıca tanıdılmalıdır. Hazırda bu istiqamətdə cox böyük işlər görülür”.

Politoloq Arzu Nağıyev vurğulayıb ki, bu gün regionda və dünyada baş verən dini radikalizm, məzhəb davası, etnik mənsubluğa görə savaşların Azərbaycana sirayət etməməsi bir reallıq və faktdır:


“Bu da tolerantlıqla bağlı Azərbaycanın düzgün apardığı siyasətlə əlaqədardır. Multikulturizm deyildikdə məhz ölkədə yaşayan və ya məskunlaşan xalqların nümayəndələrinin mədəniyyət hüquqlarının tanınmasıdır. Bu da tolerantlığın təcəssümüdür. Məlumdur ki, qarşılıqlı anlaşma olmadıqda dostluq və əməkdaşlıq şəraitində yaşamaq da mümkün deyil və bunun sonu çəkişmələrdən başlayaraq ən ağır fəsadlara gətirib çıxarır. Bunu biz bir daha Avropa misalında və bəzi qurumların multikultiralizmə müvafiq qiymət verə bilmədikləri üçün yaranan xoşagəlməz fəsadlar da da gördük. Bunun da nəticəsi milli və dini münaqişələrə gətirib çıxardı. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi təqdirəlayiq bir haldır. Düşünürəm ki, belə bir şəraitdən, yəni Azərbaycandakı multikultural şəraitdən hətta Dağlıq Qarabağ münaqişəsinin həllində də bir faktor kimi istifadə etmək mümkündür”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti