Rusiya Ermənistana yeni pilotsuz uçan aparatlar göndərdi

Rusiya Ermənistana yeni pilotsuz uçan aparatlar göndərdi
  11 Yanvar 2016    Oxunub:2206
Pilotsuz uçan aparatların yeni partiyası Rusiyanın Ermənistandakı hərbi bazasına silahlanmaya qəbul edilib.
AzVision.az `TASS`-a istinadən xəbər verir, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Respublikasında yerləşən, Rusiyanın Cənub Hərbi Dairəsinin pilotsuz uçan aparatlar bölüyünün silahlanmasına müasir yerli istehsalata məxsus “Taxion” pilotsuz uçan aparatlar silahlanmaya qəbul edilib”, - deyə məlumatda bildirilib.

Yeni pilotsuz aparatların idarəetməsini hərbçilər bir ay müddətində Kamxud və Alaqəz poliqonlarında öyrənəcəklər.

“Taxion” pilotsuz uçan aparatlar gecə və gündüz 40 km məsafədə qoşun kəşfiyyatı üçün nəzərdə tutulub. Pilotsuz aparatlarda video, foto və infraqırmızı kamera quraşdırıla bilər.

Aparatın start çəkisi 25 kq-a qədər, uçuş müddəti isə 6 saata qədərdir. “Taxion” “İjmaş – Pilotsuz sistemlər” müəssisəsində istehsal edilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti