Şahzadə məhkəmə qarşısında - 6 milyonluq mənimsəmə

Şahzadə məhkəmə qarşısında - 6 milyonluq mənimsəmə
  11 Yanvar 2016    Oxunub:2059
Mayorkada İspaniya kralının bacısı İnfanta Kristinaya qarşı maliyyə fırıldaqlarına dair iş üzrə məhkəmə prosesi başlayıb.
Bu barədə AzVision.az `Rosbalt`-a istinadən xəbər verir ki, o, 6 milyon avro büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir.

Məlumata əsasən Palma-de-Mayorka şəhərində günün ən qalmaqallı məhkəmə proseslərindən biri keçirilib. Şahzadə İnfanta məhkəməyə əri İnyaki Urdqanqarin ilə gəlib.

Şahzadə ilə yanaşı bu işdə daha 17 nəfərin adı hallanır. Məhkəmə qərarının bu ilin iyun ayının 3-də verilməsi gözlənilir.

İttihamın versiyasına görə, İnfanta öz əri ilə birgə keçirilən tədbirlərə sərf edilən xərcləri artıq göstərmək yolu ilə Balear adaları və Valensiyanın büdcə vəsaitindən böyük məbləğdə pul mənimsəmək üçün xüsusi təşkilat yaradıb.

Təşkilat fəaliyyət nümayəndələrinin əlbirliyi ilə fəaliyyət göstəririb və nəticədə bir neçə milyon avro mənimsənilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti