İstanbulda yanan otel söndürüldü - Yenilənib (Video)

İstanbulda yanan otel söndürüldü - Yenilənib (Video)
  12 Yanvar 2016    Oxunub:4711
İstanbulda Sultanəhməd meydanındakı partlayışdan sonra Maltəpə bölgəsində bir oteldə yanğın baş verib.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, otelin əlavə tikintisində baş verən yanğın qısa müddətdə böyüyüb. Əraziyə xeyli sayda xilasetmə briqadaları göndərilib.

Oteldə işləyən xeyli insanın köməksiz vəziyyətdə qaldığı bildirilir. Hazırda onların xilas edilməsi istiqamətində işlər görülür.

**

İstanbulda hoteldə baş verən yanğın söndürülüb. Türkiyə KİV-inin yaydığı məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Yalnız təxliyyə zmanı bəziləri zəhərləndiyindən, xəstəxanaya aparılıb. Onların vəziyyəti isə qənaətbəxşdir.




Teqlər:  





Xəbər lenti