İstanbulda terroru Suriya vətəndaşı törədib - Ərdoğan

İstanbulda terroru Suriya vətəndaşı törədib - Ərdoğan
  12 Yanvar 2016    Oxunub:2167
İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bütün ölkələr terrorçuluqla mübarizədə birləşməlidir: “Avropa dövlətləri, həmçinin Türkiyə də daxil olmaqla, terrorçuluğa qarşı birgə mübarizə aparmaq məcburiyyətindəyik. Meydanı terror qruplaşmalarına, dağıdıcılara buraxmayacağıq”.

Prezident bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb: “Onların adları açıqlanacaq”.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter"dəki səhifəsində yazıb ki, İstanbuldakı partlayış terror aktıdır.

Qeyd edək ki, bu gün İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti