İstanbulda ölənlər arasında azərbaycanlı yoxdur

İstanbulda ölənlər arasında azərbaycanlı yoxdur
  12 Yanvar 2016    Oxunub:1974
İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya İstanbuldakı Baş Konsulluqdan bildiriblər.

“İstanbul Polis İdarəsi ilə əlaqə saxlamışıq. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hər hansı məlumat yoxdur,” - deyə konsulluqdan qeyd ediblər.

Xatırladaq ki, bu gün İstanbulun Sultanəhməd meydanında baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti