Həmsədlərin 2016-cı il üçün Qarabağ planları...

Həmsədlərin 2016-cı il üçün Qarabağ planları...
  13 Yanvar 2016    Oxunub:1982
"2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırılır".
AzVision.az xəbər veirr ki, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Ceyms Uorlikin sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: "Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti