Deputatlar bir sıra imtiyazlardan imtina etdilər

Deputatlar bir sıra imtiyazlardan imtina etdilər
  13 Yanvar 2016    Oxunub:3001
İspaniya parlamentinin yeni seçilmiş üzvləri özlərinə aid olan bir sıra imtiyazlardan imtina ediblər. Bu məsələyə parlamentdəki fraksiyalar özünəməxsus şəkildə yanaşıblar.
"Podemos" (Bacararıq) partiyasının üzvləri hər deputata qanunla verilən, illik 3 min avroluq taksi kartından imtina ediblər. "Ciudadanos" (vətəndaşlar) partiyasından olan deputatlar isə dövlət büdcəsi hesabına internet və fraksiya rəhbəri üçün xidməti avtomobili artıq xərc hesab ediblər.

Maraqlıdır ki, parlamentin 1nəfər PSOE (Sosialist Partiyası) deputatından başqa digər üzvləri onlara pulsuz təqdim olunan iPhone və iPad rəqəmsal chiazlarından imtina etməyiblər. (Azərtac)


Teqlər:





Xəbər lenti