İran 10 ABŞ əsgərini saxladı

İran 10 ABŞ əsgərini saxladı
  13 Yanvar 2016    Oxunub:2159
İran körfəzində ABŞ-ın Hərbi dəniz qüvvələrinə məxsus iki gəmi saxlanılıb.
AzVision.az Associated Press-ə istinadən xəbər verir ki, Pentaqon Küveytdən Bəhreynə gedən gəmilərlə əlaqəni itirib.

İlkin məlumatlara görə, gəmilər nasazlıq səbəbindən İran tərəfə keçib. Hərbi texnikanı İslam Respublikasının sahil mühafizəsi saxlayıb.

ABŞ-ın dövlət katibi Con Kerri artıq İranın rəsmi şəxsləri ilə telefon əlaqəsi yaradaraq dənizçiləri azad etməyə cəhd göstərib.

İran tərəfindən saxlanılan ABŞ HDQ gəmilərinin göyərtəsində 10 hərbçinin olduğu bildirilir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Con Kerrini problemi tezliklə yoluna qoyulacağına əmin edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti